Goranboyda ər arvadını bıçaqlayıb

goranboyda-er-arvadini-bicaqlayib
Oxunma sayı: 1299

Goranboyda qadın əri tərəfindən bıçaqlanıb. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhər sakini 41 yaşlı Könül Tağıyeva bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli