Goranboyda ev yanıb

goranboyda-ev-yanib
Oxunma sayı: 983

Goranboy rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, rayonun Qaradağlı kəndində ümumi sahəsi 25 m² olan, dam örtüyü qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.