Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü evdə yanğın olub.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb.
APA-nın məlumatına görə, yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur.
Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.