Goranboyda həssas qrupdan olan 12 ailənin evi qazlaşdırıldı - Video

goranboyda-hessas-qrupdan-olan-12-ailenin-evi-qazlasdirildi
Oxunma sayı: 998

SOCAR “Azəriqaz” İB şəhid ailəsi, müharibə veteranı, qazi və bu kimi statusa malik vətəndaşların qayğılarına qalmaqda davam edir. 

Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, Birliyin növbəti hədəfi Goranboyun Qazançı kəndində yaşayan həssas qrupun üzvləri olub.

Qeyd edilən qəbildən olan 12 ailənin fərdi yaşayış evlərinin qazlaşdırılması işləri həyata keçirilib.

Görülən işlər çərçivəsində  müxtəlif diametrli borulardan istifadə etməklə 6981 metr daşıyıcı və küçə qaz xətləri çəkilərək istismara verilib.