Goranboyda ikinci sinif şagirdini maşın vurub

goranboyda-ikinci-sinif-sagirdini-masin-vurub
Oxunma sayı: 755

Goranboyda yolu keçən məktəblini avtomobil vurub. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun İrəvanlı kəndində yolu keçmək istəyən 2-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü Abdullazadə Həsrət Pərviz oğlu avtomobillə vurulub. O hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli