Goranboy rayonunda 58 yaşlı kişi güllələnib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün rayonun Nizami kəndində baş verib.
Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Məharət Fərman oğlunu qohumu tüfənglə güllələyib. Bir güllə yarası alan M.İbrahimov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Araşdırma aparılır.
***
"Qafqazinfo" xəbər verir ki, M.İbrahimovu güllələməkdə şübhəli bilinən kürəkəni, 1958-ci il təvəllüdlü Rahib Hacıyev saxlanılıb. Məlumata görə, mübahisə zamanı M.İbrahimov əlində ağacla onun üstünə hücum edib. R.Hacıyev də onu qorxutmaq üçün havaya atəş açsa da, qırmalar M.İbrahimova xəsarət yetirib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər