Goranboyda köşk yandı

goranboyda-kosk-yandi
Oxunma sayı: 873


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Goran qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan dəmir konstruksiyalardan ibarət köşkün  taxta üzlüyü və içərisinə yığılmış taxta qırıntıları yanıb. Yaxınlıqdakı mebel mağazası yanğından mühafizə olunub. 

Yanğın saat 15:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.