Goranboyda maşın kafeyə çırpıldı, sürücü öldü - Fotolar

goranboyda-masin-kafeye-cirpildi-surucu-oldu
Oxunma sayı: 3602

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Qaraçinar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qəza hərəkətdə olan “Hyundai” markalı avtomobilin idarəetmədən çıxması nəticəsində baş verib. İdarəetmədən çıxan maşın kafeyə çırpılıb və 26 yaşlı Araz Hümbətov hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli