Goranboyda məktəblini maşın vurdu - 15 yaşlı qız öldü

goranboyda-mekteblini-masin-vurdu
Oxunma sayı: 1925

Goranboyda ağır bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib. Yolu keçmək istəyən 15 yaşlı məktəbli Gülzarə Əhmədova "Daewoo" markalı minik avtomobili tərəfindən vurulub.

Ağır bədən xəsarətləri alan G. Əhmədova Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli