Goranboyda mərmi partladı - Yaralanan var

goranboyda-mermi-partladi-
Oxunma sayı: 2157

Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb.

Rauf Hüseynov mərmini “Qazel” markalı avtomobilində zərərsizləşdirərkən partlayış baş verib və o müxtəlif qəlpə yaraları alıb.

Gəncə Şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən R. Hüseynovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.