Goranboyda piyadanı öldürüb qaçan sürücü “isti izlərlə” tapıldı

goranboyda-piyadani-oldurub-qacan-surucu-isti-izlerle-tapildi
Oxunma sayı: 4602

Xəbər verdiyimiz kimi, bu gün Goranboyda piydanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Qazax yolunun 330 km-də yolu keçmək istəyən piyadanı vuraraq öldürən və daha sonra hadisə yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsü Əmiraslanov Elsevər Vaqif oğlu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində “isti izlər”lə tapılıb və istintaqa cəlb edilib.

Qeyd edəl ki, hadisə zamanı Gəncə şəhər sakini 1947-ci il təvəllüdlü Mirzə Kazımov hadisə yerində ölüb.