Goranboyda qarda batan maşın çıxarıldı

goranboyda-qarda-batan-masin-cixarildi
Oxunma sayı: 1622

Goranboy rayonunun Buzluq kəndində minik avtomobili qarda batıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, içərisində 4 nəfərin olduğu “ВАЗ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.