Goranboyda qəza- - 1 ölü

goranboyda-qeza-
Oxunma sayı: 1075


"Qafqazinfo" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, iyulun 14-də saat 23 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində, şəhər sakini Aslan İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Nadir Muradova məxsus “MAN” markalı avtomobilə vurub. Nəticədə Aslan İbrahimov və sərnişini, rayon sakini Yeganə İsmayılova xəstəxanaya yerləşdirilib və sürücü orada ölüb.  

Goranboy  RPŞ tərəfindən araşdırma aparılır.