Goranboyda Qurtuluş Günü qeyd olundu - Fotolar

goranboyda-qurtulus-gunu-qeyd-olundu
Oxunma sayı: 1425

Goranboy rayonunda Qurtuluş Günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, Goranboy şəhəri Heydər Əliyev adına Parkda təşkil olunan mədəni-kütləvi tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun bütün rəhbər şəxsləri, xidmət sahələrinin və ictimai təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər, “N” saylı hərbi hissənin zabit və əsgər heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu,  ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının “15 iyun-Milli Qurtuluş Günü” kimi qeyd olunması münasibətilə əsl bayram ab-havası şəraitində keçən konsert proqramı goranboylular tərəfindən böyük coşğu ilə qarşılanıb.

Konsert proqramının sonunda nümayiş etdirilən atəşfəşanlıq maraqla izlənilib.