Goranboyda silah-sursat aşkarlandı

goranboyda-silah-sursat-askarlandi
Oxunma sayı: 892

Goranboyun kəndlərində silah-sursat aşkarlanıb.

“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Goranboy RPŞ-yə Qarqucaq və Borsunlu kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvanlara gələrək  müvafiq tədbirlər həyata keçirib. Rayonun Borsunlu kəndi ərazisindən 45 ədəd 7.62 kalibirli avtomat patronu, 1 ədəd daraq, Qarqucaq kəndi ərazisindən isə 1 ədəd "RQK-3" markalı tank əleyhinə əl qumbarası aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakinlərindən 2 ədəd müxtəlif markalı və çaplı, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.