Goranboyda Xocalı faciəsi ilə bağlı tədbir keçirilib - Foto

goranboyda-xocali-faciesi-ile-bagli-tedbir-kecirilib
Oxunma sayı: 1213

Goranboy rayonunda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Rayon Polis Şöbəsində keçirilən tədbirdə polis əməkdaşları ilə yanaşı Xocalı şəhər sakinləri və veteranlar şurasının üzvləri iştirak edib. Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Goranboy RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov çıxış edərək bildirib ki, Azərbaycan xalqı qəsbkar erməni millətçilərinin vəhşiliyinin qurbanı olan günahsız insanların əziz xatirəsini dərin hüznlə bir daha yad edir: “Qabaqcadan planlaşdırılan kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, adamları diri-diri torpağa basdırıb və ya yandırıb, cəsədlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblər”.

Daha sonra çıxış edən Goranboy RPŞ-nin veteranlar şurasının sədri Müsəddiq Qədimov, bu qanlı faciənin canlı şahidi olan, Xocalı şəhər sakini İbrahim Əzizov çıxış edib.