Goranboyda zəlzələ oldu

goranboyda-zelzele-oldu
Oxunma sayı: 1500

Bu gün saat 22:22-də Gəncə stansiyasından 40 km cənub-şərqdə Goranboy rayonunda zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.