Goranboydakı partlayışda yaralanan qadının vəziyyəti ağırdır

goranboydaki-partlayisda-yaralanan-qadinin-veziyyeti-agirdir
Oxunma sayı: 1876

Ötən gün Goranboyda fərdi yaşayış evində təmir zamanı baş vermiş partlayış nəticəsində xəsarət alan Gülçöhrə Əliyevanın vəziyyəti ağır olaraq qalır.

"Qafqazinfo" xəbər verir ki, hadisə Sarov kəndində qeydə alınıb. Hadisə zamanı mərhumun oğlu Rizvan Əliyev də yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəyə döşəməyə vurulmuş dolğunun qığılcım nəticəsində partlaması səbəb olub.

Elmar Əli