Goranboy rayonunda yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, Borsunlu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli, 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər