“Qafqazinfo” xəbər verir ki, bunu yap.org.az saytına müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov deyib. Z.Məmmədov deyib ki, tədbirlər Planı avtomobil yolları, intellektual nəqliyyat sisteminin fəaliyyəti də daxil olmaqla avtomobil nəqliyyatı və dəmir yolu nəqliyyatı sahələrini əhatə edir. Nazir bildirib ki, nəqliyyat-yol kompleksində həyata keçirilən yeniliklər, görülən işlər çoxdur. Onun sözlərinə görə, respublikanın nəqliyyat siyasətini formalaşdıran bir qurum olaraq Nəqliyyat Nazirliyinin gördüyü işləri tək-tək sadalamağa ehtiyac yoxdur. «Görüləsi işlər, perspektiv planlarsa daha çoxdur. İstənilən nəticəni əldə etməyin yeganə yolu problemlərin aradan qaldırılmasına nail olmaq və bütünlükdə Azərbaycanın yol-nəqliyyat kompleksini beynəlxalq standartlara cavab verəcək səviyyəyə çatdırmaqdır. Qarşımızda duran ən vacib məsələlərdən biri də sosial problemlərin həll edilməsinə nail olmaqla yanaşı, ölkəmizin vahid nəqliyyat siyasətinin təkmilləşdirilməsi, islahatların aparılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir».
Son xəbərlər
Son Xəbərlər