Görün, özünü nə günə qoydu! – - Fotolar

gorun-ozunu-ne-gune-qoydu-
Oxunma sayı: 4816


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı Rachael hal-hazırda 18 kilodur və hərəkət etməkdə çətinlik çəkdiyi üçün həyat yoldaşı ev şəraitində ona baxır. Əvvəllər 56 kilo və aktrisa olan xanım sadəcə daha gözəl qarın üçün bir neçə kilo vermək istədiyini deyib: “Bir neçə kilo vermək istəyirdim. İşdən çıxdım, keçmişdəki hadisələrin təsiri ilə sürətlə kilo verməyə başladım. Arıqlamağım artıq məndən asılı deyildi”. 

Xəstəlik çox irəlilədiyi üçün xəstəxanalar müalicəmdən imtina etdi. Müalicəyə razı olan xəstəxananın ödənişinə isə işsiz dolanan ailənin imkanı çatmayıb. Yaşamaq istədiyini deyən qadın üçün həyat yoldaşı video hazırlayıb. Youtube-da qısa müddətə böyük maraq yaradan bu videodan sonra 100 min dollardan çox pul toplanıb. O, indi müalicə alır və əvvəlki sağlamlığına qayıtmaq istəyir. Rachaelin arıqlamaq istəyənlərə məsləhəti isə belədir: “Həyatınızı olmaq istədiyiniz insana çevrilmək üçün xərcləməyin”. 

Günel Hacı