“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Dəb ikonası” mükafatına layiq görülən ifaçı transparan libası ilə qonaqların diqqətini çəkib. Adam Selmanın dizaynı olan paltarda 216 min ədəd svarovski daşından istifadə olunub. İfaçı libasına uyğun olaraq dəri rəngli alt geyimi seçib, yuxarı hissəsini isə gizlətməyə ehtiyac olmadığını düşünüb.
“İnstagram”da çılpaq şəkillərinə görə hesabının silindiyinə etiraz olaraq Rihannanın tül libas geyindiyi bildirilir.
Qeyd edək ki, "Ən yaxşı qadın geyimi dizayneri" mükafatının sahibi Cozef Altuzarra, “Ən yaxşı kişi geyimi" nominasiyasının qalibləri - Public School-un dizaynerləri Maksvell Osborn və Doa Yi Çu " olublar. Bu il aksessuarlar üzrə ən yaxşı dizaynerlər isə Meri-Keyt və Eşli Olsen olub.
Swarowski mükafatını Creatures of the Wind-dən qadın geyimi dizaynına görə Şeyn Qabye və Kristofer Piters qazanıb. Tom Ford Ceffri Binin "Modanın inkişafına töhfə" mükafatına layiq görülüb. Stilist Pol Kavako "Dəb mediası" kateqoriyasında qalib olub, Raf Simons isə "Ən yaxşı xarici dizayner" seçilib.
Son xəbərlər
Son Xəbərlər