Görüntülərin çəkildiyi məktəbin direktoru danışdı - Video

goruntulerin-cekildiyi-mektebin-direktoru-danisdi
Oxunma sayı: 4501

Bakının 165 nömrəli tam orta məktəbində şagirdlərin dərs prosesi zamanı lentə alınmış qeyri-etik videosu yayılmışdı.

“Qafqazinfo” xəbər verir ki, "Xəzər Xəbər" həmin məktəbdə olub və hadisənin təfərrüatını araşdırıb.

Jurnalistlərə müsahibə verən məktəb direktoru bildirib ki, şagirdlərin qeyri-etik davranışlarının olduğu video dərhal araşdırılıb. Məlum olub ki, videodakı şagirdlər məktəbdə 9-cu sinifdə təhsil alırlar.

Şagirdlərlə yanaşı, həmin dərsdə iştirak edən müəllim və məktəbin iki direktor müavini barədə də tədbir görülüb.