“Şərhləri oxuyuram, o insanların yerinə utanıram. Kişisən, sənin əlin-qolun var! Yoxdur iş, bir az dözək. Dünyada heç kimin işi yoxdur. Deyirlər ki, xalqın pulunu yeyib. Mən heç kimin pulunu yeməmişəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov instaqramda canlı yayım zamanı deyib.
Müğənni-bəstəkar instaqramda sosial vəziyyətindən şikayətlənən vətəndaşları tənqid edib: “Deyirlər ki, keçmişimi danıram. Mən keçmişimi danmıram. Mən fəxr eləmişəm ki, belimdə kartof daşıyıb pul qazanmışam. O vaxt yox idi imkan, indi var. Kimə nə lazımdırsa, kömək etmişəm. Ağıl öyrətmək lazım deyil. Mən sizin çoxunuzdan ağıllıyam. Manaf Ağayev, Afaq Bəşirqızı haqqında ağzınıza gələni yazırsız. Manaf edəni heç sizin nəsliniz etməyib.
Pulu olan da, olmayan da “ağlayır”. Adam kasıba kömək edər. Gedib görürsən ki, evi var, şəraiti yaxşıdır, amma kömək istəyir. Elə şərait yaratmısız ki, yardım edənlər də uzaqlaşacaq, hirslənib deyəcək ki, yardım etmirəm”.
Son xəbərlər
Son Xəbərlər