Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülər azad edildi? - Yenilənib

gorus-qafan-yolunda-saxlanilan-iranli-suruculer-azad-edildi
Oxunma sayı: 4526

Azərbaycan sərhədçiləri tərəfindən ərazilərimizdə saxlanılan iki iranlı sürücü azad olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edək ki, onlar Azərbaycan Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində bir neçə həftə əvvəl saxlanılmışdı. Daxili İşlər Nazirliyi onların qanunsuz yollarla ölkə ərazisinə girdiyini açıqlamışdı.

Həmçinin oxuyun: DİN-dən Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülərlə bağlı - Açıqlama

Xatırladaq ki, Naxçıvan həbsxanalarında cəza çəkən iki İran vətəndaşı da ölkələrinə təhvil verilib.

***

Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə məlumatlar həqiqətə uyğun deyil: 

"Dövlət Gömrük Komitəsi bildirir ki, İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarın Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə başlanılmış və istintaqı aparılır. Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".