Gorus-Qafan yolunda vəziyyət necədir?

gorus-qafan-yolunda-veziyyet-necedir
Oxunma sayı: 2146

“Gorus-Qafan yolunda vəziyyət nisbətən sabitdir”.

“Qafqazinfo” “aysor.am” saytına istinadən xəbər verir ki, bunu Gorus merinin müavini Kamo Koçaryan deyib.

O bildirib ki, İrana məxsus yük maşınları ilə bağlı tıxac və yaxud bənzər hal barədə məlumat daxil olmayıb.

***

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Artak Davtyan da öz növbəsində Gorus-Qafan yolunda vəziyyətin normal olduğunu vurğulayıb. 

“Mən də həmçinin Gorus-Qafan yolundan keçmişəm və hər şey normal idi”, - deyə Davtyan jurnalistlərə bildirib.

Qeyd edək ki, son zamanlar İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.