“Görüşdüyün hər insanın dərd-sərinə biganə qalmamağı bacarmalısan”

gorusduyun-her-insanin-derd-serine-bigane-qalmamagi-bacarmalisan
Oxunma sayı: 3439

“Seçki kampaniyası çox mürəkkəb işdir. Görüşdüyün hər insanın sevincinə şərik olmağı, dərd-sərinə biganə qalmamağı bacarmalısan. Axı, sən ondan səs istəyirsən. Və dəstək istədiyin şəxsin də çətinliyi, sıxıntısı var”

“Qafqazinfo” xəbər verir ki, bunu 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev feysbuk hesabında yazıb.

“Hər gün dərk edirsən ki, bizim ən böyük dəyərimiz insanımızdır. Azərbaycanlımız, vətəndaşımızdır. Bu xalq çox müdrikdir, xoş yaşasa da, problemi olsa da, evinin qapısı qonağa açıqdır. Bu şəkillərdəki ağsaqqalımız kimi. Mustafa Sübhi küçəsində rastlaşdıq. Dünya görüb bu ağsaqqal, o qədər məntiqlə, ahənglə danışır. Dediklərindən biri yaddaşımıza xüsusilə həkk olundu. Çoxlarımız bilmirik, ancaq Yasamalın bu hissəsinin “Sovetski” adlandırılması SSRİ dövrünün mirasıdır. Əvvəllər isə buralar “Bayır şəhər” olub. İçəri şəhər, Bayır şəhər və Qara şəhər. Bakı bax bu üç hissədən ibarətmiş. Gəlin, biz də buranı Bayır şəhər adlandırmağa başlayaq. “Sovetski” yox, Bayır şəhər

Başımız ağsaqqalın maraqlı söhbətinə qarışdı, adını da soruşmadıq. Amma nə fərqi var, atalarımız və babalarımızın hamısı eynilə doğmadır”-deyə E. Allahverdiyev qeyd edib.