Gövhər Həsənzadə yenidən İradə ilə…

govher-hesenzade-yeniden-irade-ile
Oxunma sayı: 1580

Belə ki, bu yaxınlarda G. Həsənzadə İradə üçün yeni hit mahnı bəstələyib. “Qafqazinfo”nun məlumatına görə, aranjemanı Yaşar Baxışa, sözləri Fərhad Şabranlıya aid olan “Qəlbimdəsən” mahnısının tezliklə ekranlaşdırılması da nəzərə alınıb.

Klipin İstanbulda və ya Bakıda çəkiləcəyi sual altında olsa da, növbəti mahnının Türkiyədə lentə alınması qərara alınıb.

Bəstəkarın müğənni ilə növbəti layihəsi “Saf sevgi” adlanır. Ruslan Əliyevin sözlərinə yazılan “Saf sevgi “ türk orkestri tərəfindən aranjeman olunacaq. Mahnının mətni Ayişə Yilmaz Birgül tərəfindən türkcəyə çevriləcək.
Bu layihə Gövhər və İradənin Türkiyədə ilk işi olacaq.

Cütlüyün növbəti layihəsi albom hazırlığı olacaq ki, albomun da Türkiyədə hazırlanması nəzərə alınıb. Albom bəstəkar və müğənninin mahnılarının toplumundan ibarət aolacaq.

Nigar Məmmədli