Gövhərağa məscidi ilə bağlı bəyanat

govheraga-mescidi-ile-bagli-beyanat
Oxunma sayı: 1354

Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri Şuşadakı Gövhərağa məscidi ilə bağlı birgə bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, bəyanatda ermənilərin işğal altında saxladıqları ərazilərdə dini-mədəni abidələrə qarşı tarixin saxtalaşdırılması yolu ilə həyata keçirdiyi əməllər pislənilib: “Ermənistan özlərinin dağıtdığı Şuşadakı Gövhərağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır.  İşgalçı rejim bu işləri qonşu, müsəlman ölkəsi olan İranın “Part Saman Jahan” şirkəti ilə birgə həyata keçirir. 

Şuşadakı dini-mədəni abidəyə bu dırnaqarası qayğı kampaniyasını qətiyyətlə pisləyir, buna heç bir bəraət olmadığını bəyan edirik.

Biz beynəlxalq ictimaiyyəti əzəli Azərbaycan torpağında tarixi-dini abidə olan Gövhərağa məscidinə və işğal altında olan bütün ərazilərimizdəki tarixi-dini abidələrə  qarşı vandalizm aktlarına qarşı öz qətiyyətli münasibətini bildirməyə çağırırıq”.