Göyçay sakininin tövləsindən sonra evi də yandı - Fotolar

goycay-sakininin-tovlesinden-sonra-evi-de-yandi
Oxunma sayı: 2923

Göyçayda ev yanaraq külə dönüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Göyçayın Kürdəmiş kəndində baş verib. Kənd sakini Kamil Teymurova məxsus ev anidən alovlanaraq geniş ərazini əhatə edib. Dərhal hadisə yerinə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi hazırda davam etdirilir. Ətraf tikililər yanğından mühafizə olunur. Faktla bağlı araşdırma aparılır. 

Xatırladaq ki bir neçə gün əvvəl K.Teymurova məxsus mal tövləsi də yanıb.

 Rəşad Türkoğlu