Göyçayda 11-ci sinif şagirdini avtomobil vurdu

goycayda-11-ci-sinif-sagirdini-avtomobil-vurdu
Oxunma sayı: 1144

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat-hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Qaraxıdır kəndində Dilqəm Səlimov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızını vurub.

Qaraxıdır kənd orta məktəbinin 11-ci sinif şagirdi Ramilə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.