Göyçayda 15 yaşlı oğlan kanalda boğuldu

goycayda-15-yasli-oglan-kanalda-boguldu
Oxunma sayı: 2158

Göyçay sakini kanalda boğularaq ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Aşağı Qaraməryəm kənd sakini İsmayıl Mehrah oğlu Cəbiyev dostları ilə kanalda çimərkən boğularaq ölüb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu meyitin axtarışlarına cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli