Göyçayda iki minik avtomobilinin iştirakı ilə qəza baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolununun 205 km-də qeydə alınıb. Magistiral yolun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində baş verən qəzada iki minik avtomobilinin toqquşması nəticəsində sürücülər canlarını xəsarətlə qutarsalar da, maşınlar yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə nəticəsində İsmayıllı rayon Soltankənd kənd sakini Əhmədov Əhməd Abdulla oğlu xəsarət alaraq Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər