Göyçayda 3 uşaq anası özünü öldürmək istədi

goycayda-3-usaq-anasi-ozunu-oldurmek-istedi
Oxunma sayı: 1127

Göyçayda 3 uşaq anası intihara cəhd edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alxasava kəndində baş verib. İlkin məlumatlara görə 29 yaşlı 2 qız 1 oğul anası Fəxrəndə Allahverdiyeva sirkə turşusu içib.

Rayon mərkəzi xəstəxanasına yerləşdirilən gənc ananın vəziyyəti ağır qiymətləndirilir. Qadının sirkə turşusunu hansı səbəbdən içdiyi məlum deyil.

Rəşad Türkoğlu