“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində ”VAZ 21011” markalı avtomobilin sürücüsü Fərhad Aslanov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun 11 yaşlı oğlu Yanvar Aslanov, eləcə də “NAZ Lifan”ın sürücüsü Azad Şirinov və sərnişinləri – Göyçay rayonunun Veysəlli kənd sakini, 2004-cü il təvəllüdlü Hacıyev Nicat Əliş oğlu və Şəkər kənd sakinləri, 1972-ci il təvəllüdlü Şirinova Şəfaqət Fazil qızı və 2000-ci il təvəllüdlü Qasımov Məhəmməd Hakim oğlu müxtəlif bədən xəsarətləri alaraq, Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.