Göyçayda ağır qəza, yaralananlar var - Foto

goycayda-agir-qeza-yaralananlar-var
Oxunma sayı: 1521

Göyçayda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, “Volkswagen” markalı minik maşını hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobillə toqquşub.

Qəza zamanı “Volkswagen”in sürücüsü Aynur İbrahimova, Göyçay rayon sakini Nazənin İbrahimova, Gəncə şəhər sakini Nəzakət Abdullayeva və VAZ-2107-nin sürücüsü Ramiz Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli