Göyçayda avtomobillər toqquşdu, yaralılar var - Fotolar

goycayda-avtomobiller-toqqusdu-yaralilar-var
Oxunma sayı: 2046

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, qəza Cəyirli kəndi yaxınlığında olub.

Belə ki, hərəkətdə olan 23-BM-938 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı 90-ET-923 dövlət qeydiyyat nişanlı minik avtomobil ilə, toqquşub.

Qəza zamanı Qızılağac kənd sakinləri Bəhmən İsmayılov, Elman İsmayılov, Coşqun Bəşirov, Sahib Həşimov, və Hüseyn Bəkirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli