Göyçayda dağda itkin düşənlərin yeri müəyyənləşdi - Yenilənib

goycayda-dagda-itkin-dusenlerin-yeri-mueyyenlesdi
Oxunma sayı: 4427

Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Xəbəri rus dilində oxuyun: Скончалась 28-летняя женщина-прокурор

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.

***

Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişinin yeri müəyyən edilib.

APA-nın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin işçiləri köməksiz vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimovanı çıxarmağa çalışırlar.

Həmçinin dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.

Kamran Eminovun xəsarət aldığı bildirilir.