Göyçayda daha bir nəfəri ilan vurub

goycayda-daha-bir-neferi-ilan-vurub
Oxunma sayı: 1437

Göyçayda yeniyetməni ilan sancıb.

"Qafqazinfo". xəbər verir ki, hadisə rayonun Yekəxana kəndində baş verib. Kənd sakini 15 yaşlı Çingiz Musayev otlaq sahəsində xırda buynuzlu heyvanları otaran zaman onu ilan dişləyib. Yeniyetmə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xatırladaq ki, ötən gün Qonşu Şahsoltanlı kəndində 47 yaşlı Hakim Nuriyevi də ilan sancmışdı. 

Rəşad Türkoğlu