Göyçayda ev yandı - Fotolar

goycayda-ev-yandi
Oxunma sayı: 1304

Göyçayın Çərəkə kəndində ev yanıb.

“Qafqazinfo” xəbər verir ki, səhər saatlarında kənd sakini Adil Kərimova məxsus ev anidən alovlanıb.

Hadisə yerinə FHN-in Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində ev yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu