Göyçayda fəhlə yıxılaraq xəsarət aldı

goycayda-fehle-yixilaraq-xesaret-aldi
Oxunma sayı: 1141

Yanvarın 13-də saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna  məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, ilkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.