Göyçayda güclü külək yanğınlara səbəb oldu

goycayda-guclu-kulek-yanginlara-sebeb-oldu
Oxunma sayı: 1382

Güclü külək Göyçayda bir sıra fəsadlar törədib.

"Qafqazinfo" “Report”a istinadən xəbər ki, rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb.

Günorta saatlarından əsməyə başlayan külək sonradan güclənib. Qısa vaxt ərzində bir neçə kənddə yanğın baş verib. Yanğınların söndürülməsi üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın hadisələrinin baş verdiyi yerlərə həmçinin FHN-in İsmayıllı Dövlət yanğından mühafizə hissəsinin də texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınlar rayonun Ləkçıplaq, Yalman, Şəhadət, Qarayazı və Cəyirli kəndlərində baş verib. Nəticədə hektarlarla otlaq, kolluq və 3 ədəd tövlə yanıb.