Göyçay rayonunda güllələnmə hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Alıkənd kənd sakini 1966-cı il təvəllüdlü Raqif Məmmədov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi 1986-cı il təvəllüdlü Nurlan Məmmədova xəsarət yetirib və hadisə yerini tərk edib. Güllə yarası alan 30 yaşlı N. Məmmədov dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb və edilən tibbi yardımlar nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Göyçay rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Məmmədov tutulub və hadisə törədilərkən istifadə edilən müvafiq sənədi olmayan İJ-17 markalı ov tüfəngi götürülüb.
Onların arasındakı mübahisə otlaq sahəsindəki otun biçimi ilə bağlı yaranıb.
Faktla bağlı Göyçay cinayət işi açılıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər