Göyçayda içməli su bu vəziyyətdədir - Yenilənib+Foto

Göyçayda içməli su bu vəziyyətdədir
Oxunma sayı: 1608

Göyçayda içməli suyun keyfiyyətində ciddi problem yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, Göyçayın ən böyük kəndlərindən olan Qarayazı, Qaraməryəm,Yekəxana və digər kəndlərə gedən içməli suyun rəngi dəyişib. Yerli sakinlərin sözlərinə görə, içməli suyun çirklənməsinə səbəb İsmayıllı rayon Kürdmaşı kəndində olan zavoddan atılan tullantılardır. Kənd sakinləri yerli icra nümayəndəsi və bələdiyyəyə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları su mənbəyinə yaxın əraziyə atılan tullantılara baxış keçirir.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən kəndlərə verilən su Göyçay rayonundan deyil, arx və çaylardan gələn sudur. Sözügedən ərazidə verilən suyun keyfiyyətinə qurum cavabdeh deyil.

***

İsmayıllı rayon Kürdmaşı kənd bələdiyyə sədri Tünzalə İsmayılova bildirib ki, kənd sakinlərinin narazılığı başadüşüləndir:

“Bir il öncə sözügedən zavodun axıntı suları Göyçayın kəndlərinə gedən su mənbəyinə axıdılıb. Amma ötən ildən Kürdmaşı kənd ərazisində zavod üçün yer ayrılıb və tullantılar ora axıdılıb. Yaxın bir neçə gündə yenidən tullantılarının su mənbəyinə axıdılması araşdırılıb, məlum olub ki, zavod ərazisindən yeraltı borular vasitəsilə bu su mənbəyinə axıntı olub. Dərhal əraziyə texnika cəlb edilərək çirkab sularının qarşı kəslib.Və hazırda araşdırma aparılır”.

Rəşad Türkoğlu




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi