Göyçayda iftarda kütləvi zəhərlənmə

goycayda-iftarda-kutlevi-zeherlenme
Oxunma sayı: 5248

Ötən gün Göyçay rayonunda kütləvi zəhərlənmə qeydə alınıb. Hadisənin restoranlardan birində keçirilən iftar süfrəsi zamanı baş verdiyi ehtimal edilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, 10 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Xəbəri rus dilində oxuyun: В программе Заура для больного ребенка было собрано 500 000 манатов

Капитан ОГСО обвиняется в мошенничестве на сумму 100 000 манатов

Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, kütləvi zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Həmçinin oxuyun: Dostu döyüldüyü üçün “söhbətə getdi” - 20 Yanvardakı xəncərli davanın təfərrüatı