Göyçayda kişi oğlu ilə arvadını bıçaqladı

goycayda-kisi-oglu-ile-arvadini-bicaqladi
Oxunma sayı: 3054

Göyçayda bir ailənin iki üzvü bıçaqlanıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bığır kəndində baş verib.

Belə ki, kənd sakini Seyidov Qəfər Sadıq oğlu ailə münaqişəsi zəminində oğlu Seyidov Qəzənfər və həyat yoldaşı Seyidova Dürdanə Ələddin qızına bir neçə bıçaq zərbəsi vurub.

Ana və oğul qohumlarının köməkliyi ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, Q.Seyidov Göyçay rayon polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Tural Hüseynli