Göyçayda körpə doğuşdan sonra ölüb

goycayda-korpe-dogusdan-sonra-olub
Oxunma sayı: 2124

Göyçayda doğuşdan sonra uşaq ölüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Şahsoltanlı kəndində baş verib. İki gün əvvəl doğuş üçün Qaraməryəm qəsəbə xəstəxanasına müraciət edən, Göyçayın Şahsoltanlı kənd sakini Ayşən Quliyeva oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir qədər sonra uşağın vəziyyəti ağırlaşdığından onu Göyçay rayon mərkəzi xəstəxanasına çatdırıblar. Bu gün körpə xəstəxanada ölüb.

Qeyd edək ki, bu, ananın 3 cü hamiləliyi olub.

Rəşad Türkoğlu