Göyçayda bazarda yanğın olub.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsindəki bazarın ərazisində ümumi sahəsi 100 m² olan 5 mağaza və içərisində olan mallar yanıb. Bitişik digər mağazalar və bazarın ərazisi yanğından mühafizə olunub.
Yanğın saat 17:15-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər