Göyçayda maşın yandı - Fotolar

goycayda-masin-yandi
Oxunma sayı: 2029

Göyçay rayonunda “Ford” markalı yük maşınının mühərrik hissəsi və salonu qismən yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, avtomobilin qalan hissəsi və yük yerində hər birinin həcmi 40 litr olan iki ədəd yanacaq dolu çəllək yanğından mühafizə olunub. Yanğın söndürülüb.