Göyçayda qəzada 4 nəfər yaralandı, heyvanlar tələf oldu - Fotolar

goycayda-qezada-4-nefer-yaralandi-heyvanlar-telef-oldu
Oxunma sayı: 2277

Göyçayda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarayaxı kəndində qeydə alınıb.

Belə ki, "Mersedes" markalı minik avtomobili hərəkətdə olan zaman yol kənarında dayanan " VAZ-21011" markalı minik avtomobilinin qoşqusunda olan lapetə çırpılıb.

Qəza zamanı hər iki avtomobilin sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
"VAZ 21011" qoşqusunda olan 5 iri buynuzlu heyvan tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli